Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki. İstanbul təmsilçisi "Atletiko"dan Çağlar Söyüncünü icarəyə götürüb. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Türkiyə millisinin üzvünün bu gecə İstanbulda olacağı gözlənilir. 27 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında "Fənərbaxça"da keçirəcək.
Qeyd edək ki, Çağlar Söyüncü mövsümün əvvəlində "Atletiko"da çıxış edir. O, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi