Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Marsel"in sol cinah müdafiəçisi Renan Lodi "Əl Hilal"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu Asiya təmsilçisi ilə 2027-ci ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalayıb. Ərəblər Braziliya millisinin üzvü üçün Fransa klubuna 23 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Marsel" Renan Lodini ötən ilin yayında "Atletiko"dan transfer etmişdi. O, komandanın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi