"Mançester Yunayted" müdafiəçi Alvaro Karrerası icarəyə verib.
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi ispan futbolçunu "Benfika"ya göndərib. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında Lissabon təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Alvaro Karrerası 2020-ci ilin sentyabr ayında "Real"ın akademiyasından heyətinə qatıb. İspaniya U-21 millisinin üzvü mövsümün ilk yarısını icarə əsasında "Qranada"da keçirib. Gənc oyunçu La Liqa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi