Benzema Premyer Liqada oynaya bilər

10:56 - 18 Yanvar 2024

"Əl İttihad"ın hücumçusu Kərim Benzema karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, fransalı forvardın xidmətində "Arsenal" maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçisi 36 yaşlı futbolçunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.

Fransa millisinin sabiq üzvünün Səudiyyə Ərəbistanı klubundan ayrılmaq istədiyi iddia olunur. Futbolçu komandanın Dubayda baş tutan təlim-məşq toplanışına qatılmayıb.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından "Əl İttihad"da çıxış edir. Təcrübəli hücumçu komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti