Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki. "qara qartallar" Moskva "Lokomotiv"inin hücumameyilli yarımmüdafiəçisi Anton Mirançukun xidmətində maraqlıdır. Bu barədə "Saba" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin idman direktoru Samet Aybaba da rus futbolçu ilə maraqlandıqlarını təsdiqləyib. Tərəflər maaş məsələsində anlaşa bilsə, transfer baş tutacaq.
Qeyd edək ki, Anton Mirançuk "Lokomotiv"in yetirməsidir. Rusiya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onunm klubla müqaviləsi yayda başa çatır.
saytlarin hazirlanmasi