"Mançester Yunayted"in futbolçusu "Sevilya"da - RƏSMİ

14:41 - 18 Yanvar 2024

"Sevilya" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Mançester Yunayted"in U-23 komandasından Mateo Mexiyanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya klubu 20 yaşlı vinger üçün qarşı tərəfə təzminat ödəməyib. Futbolçunun növbəti satışından əldə ediləcək gəlirin 25 fazii "qırmızı şeytanlar"a çatacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Mateo Mexiyanı 2019-cu ildə "Saraqosa" akademiyasından transfer etmişdi. Kolumbiyalı futbolçu bu mövsüm U-23 komandasının heyətində meydana çıxdığı 13 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti