"Bavariya"nı "Mançester Yunayted"ə dəyişə bilər

13:30 - 20 Yanvar 2024

"Bavariya"nın müdafiəçisi Matteys de Lixt komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, baş məşqçi Tomas Tuxellə problem yaşayan niderlandlı futbolçu Münhen təmsilçisini tərk etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi "Mançester Yunayted"ə keçə bilər. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq "Ayaks"dan tanıdığı arxa xətt oyunçusunu yenidən sərəncamında görmək istəyir.

"Bavariya" Matteys de Lixti 2022-ci ilin yayında "Yuventus"dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti