"Boka Xuniors"dan Premyer Liqaya

15:14 - 20 Yanvar 2024

İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Boka Xuniors"dan yarımmüdafiəçi Valentin Barkonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Brayton" 19 yaşlı vinger üçün Argentina klubuna 8 milyon funt-sterlinq təzminat ödəyib. Gənc oyunçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözəlşmə imzalayıb.

Qeyd edək ki, Valentin Barko "Boka Xuniors"un yetirməsidir. Argentinalı futbolçu Buenos Ayres təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti