"Beşiktaş" yarımmüdafiəçi Kerem Atakan Kesgini icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı futbolçunu "Sivasspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçu 2023/2024 mövsümün ikinci yarısında "Sivasspor"un uğurları üçün çalışacaq.
Qeyd edək ki, Kerem Atakan Kesgin bu mövsüm "Beşiktaş"ın heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi