"Qalatasaray"ın müdafiəçisi İtaliya klubuna keçir

12:50 - 22 Yanvar 2024

"Qalatasaray"da ümidləri doğrulmayan Anxelinyo komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, ispan sol cinah müdafiəçisi karyerasını İtaliyada davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

27 yaşlı futbolçu "Torino"ya keçəcək.

Qeyd edək ki, "Qalatasaray" Anxelinyonu mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürüb. İspaniya millisinin sabiq üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti