PSJ müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Lill"də çıxış edən Leni Yoronun xidmətində maraqlıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
PSJ 18 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 20 milyon avroluq təklif göndərib. "Lill" isə gənc oyunçu üçün 50 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Leni Yoro "Lill"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi