Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Oriol Romeunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Beşiktaş" 32 yaşlı yarımmüdafiəçi üçün Kataloniya klubuna 2 milyon avroluq təklif göndərib. La Liqa təmsilçisi Xavinin şans vermədiyi ispan oyunçunu satmağa isti yanaşır.
Qeyd edək ki, "Barselona" Oriol Rameonu mövsümün əvvəlində "Jirona"dan transfer edib. Təcrübəli futbolçu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi