"Arsenal" milli üzvü üçün 60 milyon avro ödəyəcək

19:37 - 24 Yanvar 2024

"Arsenal" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Martin Zubimendinin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə AS nəşri məlumat yayıb.

İngiltərə klubu 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa təmsilçisinə 60 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Martin Zubimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti