Fransanın PSJ klubu yarımmüdafiə xəttini yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi "Korintians"da çıxış edən Qabriel Moskardonun transferini yekunlaşdırıb. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
PSJ 18 yaşlı dayaq yarımmüdafiəçisi üçün Braziliya klubuna 20+2 milyon avro ödəyəcək. Gənc futbolçu mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Qabriel Moskardo "Korintians"ın yetirməsidir. Braziliyalı orta xətt oyunçusu A Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi