"Mançester Yunayted"in iki futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Kazemiro və sağ cinah müdafiəçisi Aaron Van-Bissakadan gedir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Onların "Əl-Nəssr"ə keçəcəyi gözlənilir. Transferlərin yaxın vaxtlarda baş tutacağı bildirilir.
Qeyd edək ki, "Mançester Yunayted" Aaron Van-Bissakanı 2019-cu ilin yayında "Kristal pelas"dan transfer edib. Kazemiro isə İngiltərə klubuna 2022-ci ilin avqust ayında "Real"dan keçib.
saytlarin hazirlanmasi