"Bavariya" milli üzvü üçün 20 milyon avro ödəmək istəmədi

14:34 - 25 Yanvar 2024

"Bavariya" "Nyukasl"ın müdafiəçisi Kiran Trippyenin transferindən imtina edib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi maliyyə şərtlərində İngiltərə klubu ilə anlaşmayıb. Bu barədə "Sky Sports" məlumat yayıb.

"Bavariya" İngiltərə millisinin üzvü üçün Premyer Liqa klubuna 20 milyon avro ödəmək istəməyib.

Qeyd edək ki, "Nyukasl" Kiran Trippyeni 2022-ci ilin yanvar ayında "Atletiko"dan transfer edib. 33 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 8 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti