"Fənərbaxça" sabiq "Neftçi"li üçün yeni təklif göndərdi

12:52 - 26 Yanvar 2024

"Fənərbaxça" Mateus Saldanyanı transfer etməkdə israrlıdır.

Sportal.az xəbər  verir ki, İstanbul təmsilçisi Serbiya klubunun qapısını yenidən döyüb.

Daha öncə 6 milyin avroluq təklifi rədd edilən Türkiyə klubu bu dəfə məbləği artırıb. "Fənərbaxça" braziliyalı hücumçu üçün "Partizan"a 7 milyon avro, əlavə bonuslar və sonrakı satışdan pay təklif edib. 

24 yaşlı forvardı "Sevilya" və "Torino" da transfer etmək istəyir.

Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirib. "Sambaçı" Azərbaycan təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti