"Mançester Siti"nin futbolçusu "Vest Hem"də - RƏSMİ

14:16 - 26 Yanvar 2024

İngiltərənin "Vest Hem" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Mançester Siti"dən Kalvin Filipsi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" yayda 46,5 milyon avro ödəyərək İngiltərə millisinin üzvünü birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Mançester Siti" Kalvin Filipsi 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti