Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubuna keçir

14:31 - 28 Yanvar 2024

Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki. "Sevilya"nın kapitanı İvan Rakitiç "Əl-Şabab"a keçəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi üçün bu gün tibbi müayinə təşkil olunacaq. Transfer yaxın günlərdə rəsmiyyətə qovuşacaq.

Qeyd edək ki, "Sevilya" İvan Rakitiçi 2020-ci ilin sentyabr ayında "Barselona"dan transfer edib. 35 yaşlı orta xətt oyunçusu bu mövsüm Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti