Braziliya millisinin sabiq üzvü vətənə qayıtdı

18:14 - 28 Yanvar 2024

Braziliya milli komandasının sabiq üzvü Duqlas Kostanın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger vətəninə qayıdıb. Təcrübəli futbolçu "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Duqlas Kosta son olaraq "Los-Anceles Qalaksi"də çıxış edib. O, 2023-cü ilin oktyabr ayından bəri klubsuz idi.

Xəbər xətti