"Hayduk" daha bir məşhur futbolçunu transfer etdi

17:45 - 29 Yanvar 2024

Xorvatiyanın "Hayduk" klubu daha bir məşhur futbolçunu heyətinə qatıb.

Sportal.az xəbər verir ki, Split təmsilçisi "Fiorentina"dan Yosip Brekalonu icarəyə götürüb. Bu barədə Fabritsio Romano məlumat yayıb.

26 yaşlı vinger mövsümün ikinci yarısını "Hayduk"da keçirəcək. Xorvatlar bu keçid üçün "Forentina"ya 100 min avro təzminat ödəyib.

Qeyd edək ki, çempionluq mübarizəsi aparan "Hayduk" daha əvvəl Nikola Kaliniç və İvan Perişiçi transfer edib.

Xəbər xətti