"Mançester Yunayted"in futbolçusu İspaniya klubuna keçir

18:54 - 29 Yanvar 2024

"Mançester Yunayted" Fakundo Pellstrini icarəyə verir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı vingeri "Qranada"ya göndərəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında anlaşma əldə olunub. Keçid qısa müddət ərzində açıqlanacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Fakundo Pellstrini 2020-ci ilin oktyabr ayında "Penyarol"dan transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti