"Qalatasaray"ın hücumçusuna La Liqadan təklif

20:23 - 29 Yanvar 2024

"Qalatasaray"ın hücumçusu Sedrik Bakambu İspaniya La Liqasında çıxış edə bilər.

Sportal.az xəbər verir ki, konqolu futbolçunun xidmətində "Betis" maraqlıdır. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.

"Qalatasaray" İspaniya klubunun ilk təklifini rədd edib. "Betis" yeni təkliflə "sarı-qırmızılar"a müraciət edəcək. Futbolçu özü La Liqada oynamağa isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Sedrik Bakambunu mövsümün əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubundan transfer edib. 32 yaşlı forvard İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti