"Real" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir

21:24 - 29 Yanvar 2024

"Real" müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Jirona"da çıxış edən Yan Kouto ilə maraqlanır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Madrid təmsilçisi müqavilə ilə "Mançester Siti"yə məxsus olan 21 yaşlı futbolçunu yayda heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Jirona" Yan Koutonu 2022-ci ilin yayında icarəyə götürüb. Braziliyalı arxa xətt oyunçusu bu mövsüm la Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti