"Fənərbaxça" futbolçusu Bartuğ Elmazı icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçini "Sivasspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc oyunçu 2023/2024 mövsümünün ikinci yarısını Sivas təmsilçisində keçirəcək.
Qeyd edək ki, "fənərbaxça" Bartuğ Elmazı mövsümün əvvəlində "Marsel"dən transfer edib. Türkiyə U-21 millisinin üzvü komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi