"Zirə" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda qələbə qazanmaq istəyirdi. Birinci hissə bizim aktiviliyimizlə keçdi, rəqibə daha çox pressinq tətbiq edirdik. Keçidlərdə aktiv olmaq istəyirdik. Bir neçə qol epizodlarımız oldu, fərqlənə bilmədik. İkinci yarıya da komanda yaxşı başladı. Qollar vurduq. Ondan sonra rəqib hücuma atıldı. Yetərincə boşluqlar var idi ki, istəyirdik ondan istifadə edib daha böyük hesabla qalib gəlib cavab oyununa daha rahat çıxaq. Səfər qolunun üstünlüyü yoxdur. Rəqibin qolu intriqanı ikinci oyuna daşıdı. Onlar da fərqlənə bilərdi. Biz əks-hücumlarda rəqibi tuturduq. Hesab dəyişmədi. Bu gün biz birinci hissəni oyandıq, ayın 8-də ikinci hissəyə çıxacağıq. Kiçik üstünlüyümz var. "Səbail" kimi rəqib, Şahin Diniyev kimi təcrübəli mütəxəssis var qarşımızda. Ciddi üstünlüyümüz var. İkinci oyuna daha məsuliyyətlə hazırlaşacağıq ki, mərəhləni biz adlayaq.
- Hakimlikdən narazı qaldız?
- Bir neçə epizodda cərimə meydançası daxilində VAR nəsə incələyrdi. Amma heç bir epizoda baxmamışam. Daha çox mübahisəli epizod olanda, baxıb fikir bildirirəm. Nəsə deyə bilmirəm. Bizim vurduğumuz qollarda da incələmə oldu, zaman getdi. Hakimlik yaxşı səviyyədə idi. Epizodlara baxandan sonra bəlkə fikrimi dəyişəcəm. Bizim zərərimizə qərar olmayıb. Xırda epizodlardakı emosiyalar dünya futbolunda da var. Siz də məşqçi olsaz, eyni reaksiyanı verəcəksiz. Məhəllədə, məşqdə də futbol oynayanda belədir. Ciddi, nəticəyə təsir edən səhv olanda qabarıq şəkildə onu danışırıq. Nəticəyə təsir etməyən qərar olanda, onlar haqda danışmırıq. Heç vaxt heç kim deyə bilməz ki, mən ünsiyyət zamanı hansısa qüsura, təhqirə, təhdidə yol vermişəm.
- Rafael Utziqin gəlişi hücumdakı kreativliyi artırıb?
- Rafael səviyyəli, yaxşı futbolçudur. Sırf hücumçu deyil. Sadəcə bu gün itkilərimiz var. Mətbuatın bundan xəbəri yoxdur. Paxtman 6-7 aylıq yenə zədələndi. Rüstəm də iki aylıq sıradan çıxdı. Biz də 3-4 gündən bir oyun oynayırıq. Maksimum çalışırıq ki, futbolçuları qoruya-qoruya oynadaq. Hücumda Kulaç və Utziq arasında seçim edirik. Bu mərhələni belə keçmək istəyirik. Rafael Utziqin özünə də vaxt lazımdır. Meydana çıxır, mübarizə aparır. Ona da vaxt lazımdır. İki ay məşqçsiz qalmışdı. 15-20 gün vaxta ehtiyacı var. Hər oyunda 5-6 dəyişiklik edirik. Futbolçuların hamısı həvəslə və peşəkarcasına işə yanaşırlar. Çalışırlar ki, hər oyunda keyfiyyəti, intizamı meydanda qoruya bilsinlər. Çox istəyərdim ki, Paxtman və Rüstəm də sağlam olsun.
- İsmayıl və Çantakiası sintetik meydançaya görə oynatmırsız?
- Bəli, sintetik meydana görə ikisini də qoruyub-saxladıq.
- Kubokda finala getmək, yoxsa çempionatdan avrokuboklara vəsiqə verən yer, hansını seçərdiz?
- Seçim etmirik. Hər ikisi bizim üçün çox önəmlidir. Bir-birinə bağlıdır. Bilirik ki, "Neftçi", "Sabah" və "Qarabağ" fianla kimi rəqibimiz olamayacaq. Çempionatın da favoritləridir. Belə olan halda, kubokda bizim tərəfdən çempionatda üçlükdə olmayan komanda finala çıxa bilər. Bu da Konfrans Liqasına gedən yolu təhlükəyə salır. "Zirə"də ilk ilimdə 4-cü yeri tutduq, amma "Keşlə" "Sumqayıt"ı kubokda uddu və biz avrokuboklara getmədik. Bu il finala çıxmağımız, çempionatdan da Konfrans Liqasına getmək üçün çox önəmlidir.
Mirbağırağa
saytlarin hazirlanmasi