"Fənərbaxça" futbolçusu Migel Kresponu icarəyə verib.
Sportal.az xəbər verir ki, istanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçini "Rayo valyekano"ya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu mövsümün ikinci yarısını La Liqa təmsilçisində keçirəcək. "Rayo Valyekano" yayda futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Fənərbaxça" Migel Kresponu 2021-ci ilin sentyabr ayında "Eştoril"dən transfer edib. Futbolçu komandanın heyətində meydana çıxdığı 80 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi