"Atletiko"da braziliyalı müdafiəçi - RƏSMİ

17:35 - 31 Yanvar 2024

"Ateltiko" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Valensiya"dan ayrılan Qabriel Paulistanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" braziliyalı mərkəz müdafiəçisi ilə 2023/2024 mövsümünün sonuna kimə nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Qabriel Paulista "Valensiya"ya 2017-ci ilin yayında "Arsenal"dan keçmişdi. 33 yaşlı futbolçu bu mövsüm "yarasalar"ın heyətində 19 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti