Almaniya milli komandasının sabiq üzvü Jerom Boatenq özünə klub tapıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı müdafiəçi karyerasını İtaliyada davam etdirəcək. Təcrübəli futbolçu "Salernitana" ilə razılıq əldə edib.
Boatenq hazırda tibbi müayinədən keçir. O, yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Jerom Boatenq son olaraq "Lion"da çıxış edib. Mərkəz müdafiəçisi 2023-cü ilin iyul ayından klubsuz idi.
saytlarin hazirlanmasi