"Borussiya" futbolçusunu Premyer Liqa klubuna göndərdi - RƏSMİ

13:45 - 1 Fevral 2024

"Borussiya" futbolçusu Covanni Reynanı icarəyə verib.

Sportal.az xəbər verir ki. Dortmund təmsilçisi 21 yaşlı hücumameyilli yarımmüdafiəçini "Nottingem Forest"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc oyunçu mövsümün ikinci yarısını Premyer Liqa təmsilçisində keçirəcək.

Qeyd edək ki, "Borussiya" Covanni Reynanı 2019-cu ilin yayında "Nyu York Siti"nin akdemiyasından transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti