"Fənərbaxça"nın futbolçusu Rayan Kent karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ingiltərəli vingeri "Latsio"ya icarəyə verib. Bu barədə Fabritsio Romano məlumat yayıb.
Kent Roma klubu üçün tibbi müayinədən keçir. O, mövsümün ikinci yarısını "Latsio"da keçirəcək.
Qeyd edək ki, Rayan Kent mövsümün əvvəlində "Reyncers"lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Fənərbaxça"ya keçmişdi. İngilis futbolçu komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi