İspaniyanın "Betis" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Qalatasaray"dan Sedrik Bakambunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Betis" konqolu forvard üçün İstanbul klubuna 5+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Qalatasaray" Sedrik Bakambunu mövsümün əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubundan transfer edib. 32 yaşlı forvard İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi