"Roma" İtaliya millisinin üzvünü transfer etdi

17:41 - 2 Fevral 2024

İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt klubu "Empoli"dən Tomasso Baldanzini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma" 20 yaşlı vinger üçün onun klubuna 10+5 milyon avro təzminat ödəyəcək. A Seriyası təmsilçisi gənc futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Tomasso Baldanzi "Empoli"nin yetirməsidir. İtaliya U-21 millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti