İngiltərə milli komandasının sabiq üzvü Cessi Linqard özünə klub tapıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Cənubi Koreyada davam etdirəcək. Bu barədə "Sky Sports" məlumat yayıb.
Təcrübəli futbolçu "Seul" klubu ilə razılıq əldə edib. Transferin qısa müddətdə açıqlanacağı bildirilir.
Qeyd edək ki Cessi Linqarda son olaraq "Nottingem Forest"də çıxış edib. O, 2023-cü ilin iyun ayından bəri klubsuz idi.
saytlarin hazirlanmasi