Şahruddinin əsas rəqibi "Adana Demirspor"dan ayrıldı

22:08 - 2 Fevral 2024

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Ertaç Özbirlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ertaçın yeni klubu da bəllidir. 34 yaşlı qolkiper "Ankaragü"yə keçib. Təcrübəli qapıçı yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Xəbər xətti