İngiltərənin "Tottenhem" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Yurqorden"dən Lukas Berqvallı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 17 yaşlı yarımmüdafiəçi üçün "Yurqorden"ə 10 milyon avro təzminat ödəyib. Gənc futbolçu mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, "Yurqorden"də Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı çıxış edir.
saytlarin hazirlanmasi