Salah Səudiyyə Ərəbistanı klubuna keçə bilər

14:34 - 5 Fevral 2024

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah yay “transfer pəncərəsi”ndə İngiltərə klubunu tərk edə bilər.

Sportal.az “TodoFichajes”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçunun transferində maraqlıdır və artıq onun uğrunda mübarizəyə qoşulub.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun da Salahla maraqlandığı bildirilirdi.

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Mohamed Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib və 18 qol vurub və 9 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur. 

Xəbər xətti