"Borussiya"nın futbolçusu "Trabzonspor"da

16:52 - 6 Fevral 2024

Türkiyənin "Trabzonspor" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Borussiya"dan Toma Mönyeni heyətinə qatıb. Bu barədə Fabritsio Romano məlumat yayıb.

"Trabzonspor" 32 yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Toma Mönye 2020-ci ilin yayından "Borussiya"da çıxış edir. Belçika millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti