"Real" 18 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdı

18:53 - 6 Fevral 2024

"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Lill"də çıxış edən Leni Yoro ilə maraqlanır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Fransa klubu "Real"dan 18 yaşlı futbolçu üçün 60 milyon avro tələb edir. "Kral klubu" bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Leni Yoro "Lill"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti