"Beşiktaş" İngiltərədən müdafiəçi transfer etdi

20:57 - 6 Fevral 2024

"Beşiktaş" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Nottingem Forest"dən Co Uorrallı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə U-21 millisinin sabiq üzvü mövsümün ikinci yarsını "Beşiktaş"da keçirəcək.

Qeyd edək ki, Co Uorrol "Nottingem Forest"in yetirməsidir. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti