"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, danimarkalı yarımmüdafiəçinin xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
31 yaşlı futbolçunun "Qalatasaray"la şəxsi şərtləri razılaşdırdığı bildirilir. "Sarı-qırmızılar" İngiltərə klubu ilə icarə müqaviləsinin şərtlərini müzakirə edir.
Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. Təcrübəli futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi