PSJ Mbappenin yerinə onu transfer etməyi planlaşdırır

14:19 - 7 Fevral 2024

PSJ-nin hücumçusu Kilian Mbaapenin yayda komandadan ayrılacağı gözlənilir.

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi fransalı futbolçunu kiminlə əvəzləyəcəyini müəyyənləşdirib.

PSJ Mbappe getsə, "Mançester Yunayted"dən Markus Reşfordu transfer etməyi planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatır. 25 yaşlı forvardın "Real"a keçəcəyi gözlənilir.

Xəbər xətti