"Fənərbaxça" Cənubi Koreya millisinin üzvü ilə maraqlanır

14:53 - 7 Fevral 2024

Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki. İstanbul təmsilçisi Cənubi Koreyanın "Ulsan Hyonde" çıxış edən Seol Yanq-Vunu transfer etmək istəyir. Bu barədə Koreya mediası məlumat yayıb.

"Fənərbaxça" 25 yaşlı sağ cinah müdafiəçisi üçün onun klubuna təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Seol Yanq-Vu ""Ulsan Hyonde""nin yetirməsidir. Cəönubi Koreya millisinin əsas komandanın heyətində meydana çıxdığı 141 rəsmi matçda 6 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti