Məşhur futbolçu Cənubi Koreya klubunda - RƏSMİ

17:19 - 8 Fevral 2024

İngiltərə milli komandasının sabiq üzvü Cessi Linqardın yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

Təcrübəli hücumçu "Seul" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli ön xətt oyunçusu ilə 2 illk müqavilə imzalanıb.

Qeyd edək ki Cessi Linqarda son olaraq "Nottingem Forest"də çıxış edib. O, 2023-cü ilin iyun ayından bəri klubsuz idi.

Xəbər xətti