"Qalatasaray" müdafiəçisini icarəyə verdi

21:09 - 8 Fevral 2024

"Qalatasaray" futbolçusu Kazımcan Karataşı icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı müdafiəçini "Ankaragücü"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc sol cinah müdafiəçisi 2023/2024 mövsümünün ikinci yarısını paytaxt təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" Kazımcan Karataşı 2022-ci ilin yayında "Altay"dan transfer edib. Türk futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti