"Qarabağ"ın rəqibinin futbolçusu "Beşiktaş"da

16:16 - 9 Fevral 2024

Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"dan Əl-Musratini icarəyə götürüb. Bu barədə yerli media məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi bu gün İstanbula gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

"Braqa" Əl-Musratini 2020-ci ilin yayında "Vitoruya Gimaraeş"dən transfer edib. Liviyalı yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə oyunu fevralın 15-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti