"Fənərbaxça" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki. "sarı-lacivərtlilər" istanbulun digər təmsilçisi "Fatih Karagümrük"dən Sərdar Dursunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı forvard mövsümün sonuna kimi Super Liqanın liderinin heyətində çıxış edəcək.
Qeyd edək ki, Sərdar Dursun 2023-cü ilin yayında "Fənərbaxça"dan ayrılaraq azad agent statusu ilə "Fatih Karagümrük"ə keçmişdi. Türkiyə millisinin üzvü bu mövsüm Super liqada meydana çıxdığı 22 matçda 3 qol vurub.
saytlarin hazirlanmasi