"Real"ın futbolçusu Cud Bellingemin topuğundakı zədə səbəbindən nə qədər vaxt meydanda olmayacağı məlum olub.
Sportal.az xəbər verir ki, "Real"ın futbolçusu İspaniya çempionatında "Jirona" ilə görüşdə (4:0) aldığı sol topuğunun yüksək dərəcəli burxulması səbəbindən iki-üç həftə oynamayacaq.
20 yaşlı futbolçunun martın 6-da Çempionlar Liqasının 1/8 final mərhələsinin "Leyptsiq"lə cavab oyununa qədər sağalacağı gözlənilir.
Xatırladaq ki, ingilis futbolçu qarşılaşmanın 57-ci dəqiqəsində yaşadığı diskomfort səbəbindən əvəzlənib. Bundan əvvəl 54-cü dəqiqədə Bellinqhem komandasının 3-cü qolunu vurmuşdu.
saytlarin hazirlanmasi