"Xәzәr Lәnkәran" qayıdır! - "Palmali" TӘSDİQ ETDİ

15:03 - 12 Fevral 2024

"Xәzәr Lәnkәran" stadionu tәmir olunacaq.

Sportal.az xəbər verir ki, bu haqda "FutbolPress"ә "Palmali"nin İstanbul ofisindәn mәlumat verildi.

Klubun himayәçisi olan "Palmali" şirkәtinin mәtbuat katibi Fidan Quliyeva: "Şirkәtin Bakı ofisinә bununla bağlı göstәriş verilib. Son hesablama işlәri aparılır, layihә-smeta dәyәri müәyyәnlәşdirilir".

Bәs tәmir işlәri nә vaxt başlayacaq?

Fidan xanım bildirdi ki, stadionun tәmirinә mart ayında start verilәcәyi gözlәnilir.

Әn gözlәnilәn xәbәr isә "Xәzәr Lәnkәran"ın fәaliyyәtini bәrpa edib-etmәyәcәyidir.

Stadionda tәmir işlәrinin başlaması "Xәzәr Lәnkәran"ın fәaliyyәtini bәrpa etmәsi mәqsәdilәdir: "Әlbәttә, gәlәcәkdә klubun da fәaliyyәtini bәrpa etmәsi göstәrişdә әksini tapıb".

Xəbər xətti