Bundesliqanın lideri "Fənərbaxça"nın futbolçusunu istəyir

17:51 - 14 Fevral 2024

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, çempionatın lideri olan "Bayer" 24 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Leverkuzen təmsilçisinin idman direktoru Slavomir Kzarneçki polşalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.

Qeyd edək ki, "Fənərbaxça" Sebastian Şimanskini mövsümün əvvəlində Moskava "Lokomotiv"indən transfer edib. Polşa millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti